AZ

Portuqaliya klubuna getdi

“Səbail”dən ayrılan Madi Quetanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Qvineya-Bissau millisinin yarımmüdafiəçisi Portuqaliyaya qayıdıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən 26 yaşlı cinah oyunçusu son il yarımda Azərbaycanda çıxış edib.

“Portu”nun yetirməsi bu dəfə “Penafiel”lə anlaşıb. Queta yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Madi Queta ötən mövsüm “Səbail”in heyətində ölkə çempionatında 32 oyun keçirib, 3 qol vurub. Komanda axırıncı yeri tutaraq Premyer Liqanı tərk edib

Seçilən
73
50
sportinfo.az

10Mənbələr