AZ

Türkiyə klubuna keçir - “Atletiko”nun yarımmüdafiəçisi

“Atletiko Madrid”in yarımmüdafiəçisi Saul Nikes “Trabzonspor”a keçir.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, Türkiyə klubu növbəti həftə yeni transferini açıqlayacaq.

Nikes 2008-ci ildən “Atletiko”nun şərəfini qoruyur. O, ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edib.

Seçilən
43
50
sportinfo.az

10Mənbələr