EN

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun BaşQərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyinümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəridavam edir.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.VəliyevSəudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargahrəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Krallığın Baş Qərargahında rəsmi qarşılanmamərasimi təşkil olunub. Baş Qərargah rəisləri fəxri qarovuldəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnlərisəsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı”imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşkeçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişafperspektivləri müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrindəəməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikirmübadiləsi aparıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
297
12
az.trend.az

10Sources