"Barselona" klubu "Yuventus"dan Kenan Yıldızı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, katalon klubu Hansi Flik onu çox bəyənir. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Barselona" türkiyəli futbolçu "Yuventus"a Ronald Arauxonu önərə bilər.

"Blauqrana" Kenanı 2022-ci ildən o, hələ Turin klubuna qoşulmamışdan heyətinə qatmaq istəyirdi. Lakin o zaman "qoca sinyora" daha erkən davranmışdı.

Onlar indi bu keçidi tamamlmağı planlaşdırır. Katalon klubunun hazırki maliyyə durumuna görə transfer bu yay baş tutmasa belə, onlar gənc futbolçudan əl çəkməyəcək.