EN

Ağdam-Füzuli yolunda mikroavtobus aşması nəticəsində 20 nəfər xəsarət alıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Chosen
29
22
operativmedia.az

10Sources