EN

Baş nazir Artur Rasizadədən xahiş etdim, dedi: Gözüm üstə ...

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mən Əlimərdan bəy Topçubaşovla bağlı 850-dən çox sənəd toplamışam. Onları çap etdirmək üçün Artur Rasizadəyə zəng etdim, dedim: "Artur, bunu smetada nəzərdə tut. Dedi: "Gözüm üstə".

Bunu keçmiş baş nazir və keçmiş xarici işlər naziri, tarix elmləri doktoru, professor Həsən Həsənov Bakı Kitab Klubundakı kitab təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, dönəmin baş nazir Artur Rasizadə Əlimərdan bəy Topşubaşovla bağlı kitabın nəşrinə qərar verib.

Həsən Həsənov deyib: "Artur Rasizadəyə təklif etmişdim ki, ADA Universiteti ilə danışsın, Mədəniyyət Nazirliyinə tapşırsın, bu işləri onlar görsünlər. Lazım olan vəsait də həmin təşkilatlara köçürülsün".

Həsən Həsənov öz çıxışında Əlimərdan bəy Topçubaşovun həyat və ictimai-siyasi xadim, dövlət adamı, eləcə də, vəkil kimi fəaliyyəti haqqında maraqlı faktlar danışıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyhəti dövri ilə bağlı hələ çox araşdırmalar aparmaq, çox kitablar yazmaq lazımdır.

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
112
31
bizimyol.info

10Sources