Yaponiyanın baş naziri Şiqeru İşiba Liberal Demokrat Partiyasının məğlubiyyətinə baxmayaraq, vəzifəsində qalmaq istəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
İşiba bildirib ki, partiyası digər siyasi qüvvələrlə müqayisədə ən çox mandatla lider mövqeyini saxlayır və ölkə üçün görüləsi işlərin məsuliyyəti üzərinə düşür.
Baş nazir vəzifəsində qalmaqla bağlı suala səslərin hesablanması zamanı dəqiq cavab verə bilməyəcəyini deyib, lakin “məsuliyyəti daşımalı olduğuna” inandığını vurğulayıb.
Nippon Televiziya Şəbəkəsinə müsahibəsində İşiba əlavə edib ki, avqustun 1-dən qüvvəyə minəcək tariflərlə bağlı ABŞ-la razılığa gəlmək üçün bütün imkanlardan istifadə etməyə hazırdır.