Bakı. Trend:
Yaponiyanın baş naziri Şiqeru İşiba Liberal DemokratPartiyasının məğlubiyyətinə baxmayaraq, vəzifəsində qalmaq istəyiniaçıqlayıb.
Trend xəbər verirki, bu barədə NHK məlumat yayıb.
İşiba bildirib ki, partiyası digər siyasi qüvvələrlə müqayisədəən çox mandatla lider mövqeyini saxlayır və ölkə üçün görüləsiişlərin məsuliyyəti üzərinə düşür.
Baş nazir vəzifəsində qalmaqla bağlı suala səslərin hesablanmasızamanı dəqiq cavab verə bilməyəcəyini deyib, lakin “məsuliyyətidaşımalı olduğuna” inandığını vurğulayıb.
Nippon Televiziya Şəbəkəsinə müsahibəsində İşiba əlavə edib ki,avqustun 1-dən qüvvəyə minəcək tariflərlə bağlı ABŞ-la razılığagəlmək üçün bütün imkanlardan istifadə etməyə hazırdır.