EN

Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir

Naxçıvanda qətl hadisəsi törədilib. Avtosfer.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndinndə baş verib.

İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Sabir İbrahim oğlu şübhəli bilinir.

Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Chosen
10
18
avtosfer.az

10Sources