EN

Parlament qanunvericilikdə "ərazi müdafiəsi" anlayışının təkmilləşdirilməsini son oxunuşda qəbul edib

Milli Məclis "Müdafiə haqqında" qanunda təsbit olunan "ərazi müdafiəsi" anlayışının təkmilləşdirilməsini son oxunuşda qəbul edib.

Aznews.az xəbər verir ki, bununla bağlı qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Sənədə əsasən, "ərazi müdafiəsi" dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.

Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Chosen
35
44
aznews.az

10Sources