EN

Kreml: Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır

Rusiya Ukrayna ilə danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirir və tarixlərin təyin olunmasını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib: “Biz hələ də tarixlərlə bağlı təklifləri gözləyirik. Rusiya tərəfi danışıqlara davam etməyə və üçüncü raund keçirməyə hazırdır. Vəziyyətin necə inkişaf etdiyi barədə bunu demək olar”.

Birləşmiş Ştatlar emissarının Kiyevə səfərini şərh edən D.Peskov vurğulayıb ki, Kit Kelloqun ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndəsi kimi Ukrayna nizamlanması üçün vasitəçilik səylərini davam etdirməsi Moskva üçün mühümdür.

Chosen
309
50
azerbaijan-news.az

10Sources