EN

Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-cı il təvəllüdlü K.Qəhramanzadə xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
23
5
apa.az

6Sources