Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-cı il təvəllüdlü K.Qəhramanzadə xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.