EN

Tramp Putinlə telefon danışığına arvadının necə reaksiya verməsindən danışdı...

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında həyat yoldaşı Melaniya ilə bəzən iş məsələlərini müzakirə etdiyini etiraf edib.
 
Moderator.az-ın "Fokus" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, o cümlədən Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təəssüratlarını onunla bölüşüb. Söhbətin bu anını "ANI News" kanalı yayımlayıb.
 
Əvvəlcə Ağ Evin rəhbəri orada iştirak edən jurnalistlərə deyib ki, Putinlə çox danışıb, lakin o, telefonu qapadanda Ukrayna şəhərləri, o cümlədən Kiyevə yenidən rus raketləri və pilotsuz təyyarələri uçur. Nəticədə Tramp belə söhbətlərin mənasızlığını anlayıb.
 
“Bu, üç-dörd dəfə baş verəndən sonra başa düşürsən ki, bu söhbətlərin heç bir mənası yoxdur”, - o, qeyd edib.
 
Onun sözlərinə görə, Melaniya ilə "xoş" danışıqlar barədə fikirlərini bölüşüb.
 
"Evə gəlirəm və birinci xanıma deyirəm ki, bilirsən, mən bu gün Vladimirlə danışdım. Çox gözəl söhbət etdik". O deyir ki, doğrudanmı, bu gün daha bir Ukrayna şəhəri vuruldu,” - deyə Tramp ah çəkib.
 
O, daha əvvəl etiraf edib ki, arvadına "gecən xeyirə qalsın" deyəndə ona “birinci xanım” deyə müraciət edir. Tramp deyir ki, bu, ona prezident olduğunu xatırladır.
Chosen
82
10
moderator.az

10Sources