AZ

Zelenski Ağ evdə Trampın qərarlarına təsir edən “müttəfiq” tapıb - Foto

Zelenski

Ukraynanın Ağ evdə gözlənilməz “müttəfiqi” var. Bu şəxs ABŞ prezidenti Donald Trampa ciddi təsir imkanı olan birinci xanım Melaniya Trampdır. Birinci xanımın formal statusuna baxmayaraq, o, Donald Trampın yaxın çevrəsində Ukraynadakı müharibə ilə bağlı ən təsirli səslərdən biridir.

Reyting.az
xəbvər verir ki, “Times” nəşrinə görə, məhz birinci xanım Donald Trampa Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələr nəticəsində dağıntıların və mülki əhalinin tələfatının miqyasını xatırladıb.

“Evə gedirəm, birinci xanıma deyirəm: “Bu gün Vladimirlə (Putinlə) danışdım, gözəl söhbətimiz oldu”.

Və o deyir: “Oh, doğrudanmı? Başqa bir şəhər vuruldu”, - D. Tramp bazar ertəsi Oval Ofisdə çıxış edərkən deyib.

Məlumta görə, əslən Sloveniyadan (keçmiş Yuqoslaviya) olan Melaniya Moskvanın aqressiv siyasətinin yaratdığı təhlükələri şəxsi dərindən dərk edir. Yəqin ki, bu, onun Ukraynanın xeyrinə aydın mövqeyini formalaşdırır.


Melaniya Tramp

Melaniyanın tərcümeyi-halının müəllifi Meri Jordan yazır: “Onun Rusiyanı sevməyən ölkədə böyüdüyünü nəzərə alsaq, bu, heç də təəccüblü deyil. O, öz fikrini çatdırmaq üçün kabinetdəki bir çox adamdan daha çox təcrübəyə malikdir”.

2022-ci ilin fevralında Trampın Putini “dahi” adlandırması ilə genişmiqyaslı işğalın başlanmasından sonra Melaniya açıq şəkildə mülki şəxslərin öldürülməsini pisləyib və sosial media izləyicilərini “Qırmızı Xaç”a kömək etməyə çağırıb: “Mənim düşüncələrim və dualarım Ukrayna xalqı ilədir”, - o zaman yazıb.

Xanım Melaniya adətən ictimai siyasi müzakirələrdən uzaq dursa da, onun rəyi prezidentin qərarlarına real təsir göstərir.

“O, xüsusilə ona çox yaxın olan insanları dinləyir. Xüsusilə də onların soyadı Trampdırsa”,- Meri Jordan yekunlaşdırır.

Nəşr qeyd edir ki, Melaniyanın xarici siyasət qərarlarının qəbulunda rəsmi rolu olmasa da, onun mövqeyi analitiklərin proqnozlarından daha əhəmiyyətli ola bilər. Və əgər bu gün Ukrayna Ağ evdən dəstək alırsa, bu, qismən onun səsverməsi sayəsindədir.

V. QULİYEV
Seçilən
20
10
reyting.az

10Mənbələr