EN

Xalq artisti Zaur Rzayev xəstəxanada həkim nəzarətindədir

BAKI, 15 iyul. TELEQRAF

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə atasının səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb: "Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".

Azər Rzazadə ailəsi adından Heydər Əliyev Fonduna atasına göstərilən dəstək üçün təşəkkür edib.

Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var.

Chosen
7
16
teleqraf.com

10Sources