"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər”.
Avtosfer.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə deyib.
Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb:
“Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək”.
Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta