AZ

Zaur Rzayevdən nə xəbər var?

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".

Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, bunu Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə deyib.

Onun sözlərinə görə, 73 yaşlı atasının ürəyində problem aşkarlanıb: "Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək". pizza

Azər Rzazadə ailəsi adından Heydər Əliyev Fonduna atasına göstərilən dəstək üçün təşəkkür edib.


Telegram kanalımız
Seçilən
3
14
yenisabah.az

10Mənbələr