EN

Azərbaycanın 13 taekvondoçusu Ümumdünya Yay Universiadasında təmsil edəcək

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri 19-23 iyul tarixlərində Almaniyanın Ryen-Rur bölgəsində keçiriləcək Ümumdünya Yay Universiadasında iştirak edəcək.

Operativ Media xəbər verir ki, yarışda ölkəmizi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, U-21 milli komandasının baş məşqçisi Elnur Amanov və U-21 komandasının məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında 13 idmançı təmsil edəcək.

Chosen
87
22
operativmedia.az

10Sources