Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri 19-23 iyul tarixlərində Almaniyanın Ryen-Rur bölgəsində keçiriləcək Ümumdünya Yay Universiadasında iştirak edəcək.
Operativ Media xəbər verir ki, yarışda ölkəmizi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, U-21 milli komandasının baş məşqçisi Elnur Amanov və U-21 komandasının məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında 13 idmançı təmsil edəcək.