EN

Millinin yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzaladı - Paytaxt təmsilçisi

“Atletiko” (Madrid) ABŞ-li futbolçu Conni Kardozonun transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, son olaraq La Liqada “Betis”in formasını geyinib.

Kardozo 2020-ci ildən ABŞ yığmasının şərəfini qoruyur.

Chosen
67
49
sportinfo.az

10Sources