EN

Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın tam nəzarətə götürülüb.

Herbiand.a FHN-ə istindən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğın baş verən ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalı var. Buna görə də təhlükəsizlik səbəbi ilə alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb.

Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.

Chosen
75
3
herbiand.az

10Sources