Laçın rayonununda meşədən yanğın başlayınb.
Herbiand.az xəbər verir ki, bu barədə FHN-in “112” qaynar xəttinə daxil olan məlumata görə, Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.