AZ

Laçında partlayış baş verdi -

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.

Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
9
metbuat.az

10Mənbələr