EN

“Əmin olun ki, ikinci matçda daha təhlükəli olacağıq” – “Sabah”a iki qol vurdu, Sloveniyada meydan oxudu!

“Selye”nin futbolçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri matçdan əvvəl “24ur.com” saytına açıqlama verib.

“Football-plus.az”ın məlumatına görə, ilk oyunda “bayquşlar”ın qapısından iki top keçirən xorvatiyalı hücumçu cavab görüşündə daha təhlükəli olacaqlarını bildirib:
“Hamıya bəllidi ki, ilk oyunda layiqli qələbə qazandıq. “Sabah” oyunuyla keyfiyyətli komanda olduğunu sübut etsə də, komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar məhz bu cür qalib gəlir”.
Oyunçu ilk matçda müdafiə xəttində səhvlərə yol verdiklərini, bu dəfə daha diqqətli çıxış edəcəklərini vurğulayıb:
“Hər kəs düşünür ki, hücuma kökləndiyimiz üçün müdafiə xəttində boşluq veririk. Lakin belə deyil. Baş məşqçimiz Albert Riera bizə meydançaya tam nəzarət etməyi və mövqedən asılı olmayaraq, boşluq buraxmamağın yolunu öyrədir. Məşqlərdə bunun üzərində çalışırıq. Daha yaxşı və sabit kollektiv olmaq istəyirik. İlk oyundakı qələbə bizim üçün nəsə ifadə etmir. Əmin olun ki, ikinci matçda daha təhlükəli olacağıq”.
KƏNAN BAHADIR
Chosen
25
50
football-plus.az

10Sources