EN

Tramp ABŞ baş prokurorundan Epşteynin ifadəsini açıqlamasını xahiş edib

BAKI, 18 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pam Bondidən amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə verilən ifadələrin stenoqramlarını açıqlamasını istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"Mən baş prokuror Pam Bondidən məhkəmənin təsdiqi ilə bütün lazımi ifadələri açıqlamasını xahiş etdim", - deyə, Tramp bildirib.

Bundan əvvəl “The Wall Street Journal” nəşri yazıb ki, Tramp Ceffri Epşteynin 50 illik yubileyi münasibəti ilə onaəllə çəkilmiş çılpaq qadın fotosu göndərib. Buna cavab olaraq Ağ Evin sahibi qəzet və media maqnatı Rupert Merdoku məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

"Epsteyn işi"

Epsteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın "dəvət edildiyinə dair"sübutlar aşkarlayıblar. Epsteynin dostları arasında təkcə ABŞ-da deyil, həm də bir çox başqa ölkələrdən olan indiki və keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları var idi. ABŞ-da maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

Tramp ötən il seçki kampaniyası zamanı dəfələrlə "Epşteyn işi" üzrə istintaq sənədlərinin məxfiliyini ləğv edəcəklərini və ifadələrin ictimaiyyətə açıqlanacağını vəd etmişdilər.

Chosen
23
3
teleqraf.com

4Sources