EN

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanıolan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərindaimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub.Bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərüçün salınmış yaşayış kompleksindəki Zəngilan Mədəniyyət Evindətəntənəli yığıncaq keçirilib.

Trend xəbərverir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsi məlumat yayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsitərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsiliüzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının MinatəmizləməAgentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçküniştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcraHakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevinbüstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərinhörmət və ehtiramla yad edib.

Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazibütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əzizxatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbirigiriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu ÖndərHeydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminəgördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderininrəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdəndanışıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevinqətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzunrəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlətsuverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasınınzəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib. “Ağıllıkənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılarüçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğmayurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları,kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeydolunub. Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-babayurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımızöz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasiəhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyiilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitininyaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətlitədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldanazad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsətaldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyixatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident MehribanƏliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusihəssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyiadından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübəninBöyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburiköçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühümrol oynadığını bildirib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı AqilQurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadiinkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyünağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdənistifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb.Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təminedilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşlarısaxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş planaəsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davametdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsiüçün bütün zəruri tədbirlər görülür.

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbisursatların növləri, xarakteri, minalanmış və minalardantəmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciətqaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərovatəmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Hazırda Agentliktərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburiköçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilibki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciətedə bilərlər.

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimaifəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçılarımaraqla dinləyiblər. O, doğma yurdda yeni həyatını necə qurduğubarədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib,işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq vəabadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürurhissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmişərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatınaverdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adındantəşəkkürnamə təqdim edilib.

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütünyenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyüişləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günüsəbrsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramıçərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastrukturlayihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumatveriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdəZəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işlərisürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğmayurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlaragöstərilən diqqət və qayğıya görə dövlətimizin başçısınaminnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onlarınhəyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsininaidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlıvə Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri vəmina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayişolunub.

Chosen
12
41
az.trend.az

10Sources