Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və mediadayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal MediaForumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azadedilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini,tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digərreallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi.Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığayönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiyaagentliyinin və 80 media qurumunun nümayəndələrini bir arayagətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründəinformasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusunahəsr olunub. Aparılan müzakirələr məhz medianın müasir çağırışlarvə imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədənrəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın,sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasınayönəlib.
Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıranPrezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənəhalını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək vəvaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha dagenişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzularınmehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbəttəkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıVüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, ənənəvi keçirilən Şuşa Qlobal MediaForumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Dövlətimizinbaşçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də regionvə dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldəedilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda,Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu birdaha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühümhadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın evsahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlhamƏliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimalarasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusiqeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimiziplanlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etməkmümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflərarasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT vəbir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir.COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir dahaAzərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgəsəylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır.
Vüqar Rəhimzadə Qlobal Media Forumunda diqqət göstərilənməsələrdən biri kimi Zəngəzur dəhlizinin açılmasının dünyada sülhə,təhlükəsizliyə və iqtisadi inkişafa verəcəyi töhfələrdən bəhsedib. Belə ki, Prezident İlham Əliyev bununlabağlı ünvanlanan suala cavabında qeyd etdi ki, Zəngəzur dəhlizi birçox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və yaavtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən,təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan MuxtarRespublikası ilə birləşdirilməsi nəzərdə tutulmur. Söhbətbeynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistikainfrastrukturuna çox fəal şəkildə sərmayə qoyur. Son illərdəmilyardlarla dollar sərmayə yatırılıb. Xəzər dənizində ən böyükbeynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyəilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturunqurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımalarınhəcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrükinzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verəngeosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli halagəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərəalaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyonton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onuda qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərəkNaxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzəçıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizininreallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqaistiqamətini açacağıq.
Milli Məclisin deputatı Azərbaycanın böyük investisiyalarməkanına çevrilməsinə də diqqəti yönəldib. Beynəlxalq əhəmiyyətlibu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğuimkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki,əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır. Dövlətbaşçısı İlham Əliyev sözügedən Qlobal Media Forumunda xaricisərmayələrin təşviqi baxımından hansı əlavə tədbirləringörüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən,Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlərola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçünprioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələrişərtləndirən amillər bir daha təhlil edildi. Dövlət başçısı İlhamƏliyev bu reallıqları diqqətə çatdırdı ki, sabitlik vətəhlükəsizlik əsasdır. Qarabağ münaqişəsi başa çatandan sonrasabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın vəgenişdir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığıtəqdirdə ölkə tranzit ölkə ola bilməz . Bu sahədə də fəaldiplomatik fəaliyyət aparılır. Ölkəmiz bir daha təsdiqlədi ki,etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var.
Vüqar Rəhimzadə bildirib ki, digər tədbirlərdə olduğu kimi, 3-cüŞuşa Qlobal Forumunda da Prezident İlham Əliyevin çıxışında, tədbiriştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikirbugünümüzə və gələcəyimizə, qlobal problemlərin həllində birgəsəylərə, əməkdaşlığa çağırışdır. İstər 30 illik işğal, istərsə dəpostmünaqişə dövrünün reallıqlarının təbliği üçün geniş imkanlaryaradan Forumda jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynayavə ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualınacavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, heç vaxt işğallabarışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Dahadoğrusu, biz bu prosesi belə görürdük.
Azərbaycan dövlətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlımövqeyi dəyişməz oldu. Heç vaxt işğalla barışmayacaq, bir qarıştorpağımız belə düşmənə verilməyəcək, Azərbaycanın ərazi bütövlüyüdanışıqlar mövzusu deyil və ola da bilməz. Ədalətə və beynəlxalqhüquqa söykənən bu kimi bəyanatları xeyli sayda sadalamaq olar.Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin uğurlu siyasətinəticəsində torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz vəsuverenliyimiz tam bərpa olunacaq. Elə də oldu.
Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasınaqədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki,heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulmasıilə barışmamaq lazımdır. Bizim Qələbəmiz, ədalətli və tamqələbədir. Göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaqlazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər günqələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa,həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verəbilər.
Vüqar Rəhimzadə Azərbaycan həqiqətlərinin, dövrün çağırışlarınıntəbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü önə çəkərəkPrezident İlham Əliyevin mediamızın fəaliyyətini yüksəkqiymətləndirdiyini də bildirib. “Azərbaycan mediasının inkişafıməni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinkiölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”söyləyən dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan mediasıdövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassızittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşaetməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlətmaraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma dakeçir. Bu da lazımdır. Prezident İlham Əliyev günümüzün buçağırışını da diqqətə çatdırdı ki, Azərbaycan bu gün elə birmərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bizimmedia işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkəhaqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünyaictimaiyyətinə çatdırıla bilər. Mediamız artıq istənilənxoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çoxönəmli yeni reallıqdır.