EN

İran ilə "Avropa üçlüyü" arasında danışıqlar İsveçrədə baş tutacaq

BAKI, TurkicWorld

İran ilə "Avropa üçlüyü" (Almaniya, Fransa və Böyük Britaniya) arasında nüvə proqramı ilə bağlı növbəti danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"İranın Avropa üçlüyü ilə danışıqları 27 iyul tarixində Cenevrədə baş tutacaq" - deyə, məlumatda bildirilib.

Bundan əvvəl “Axios” portalı da mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə razılaşmasının yekunlaşdırılması üçün son tarix kimi bu ilin avqust ayının sonunu müəyyən ediblər.

Qeyd edək ki, İran və "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) Tehranın nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanması barədə razılığa gəliblər. Bu danışıqlar İran və üç Avropa ölkəsinin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində keçiriləcək.

Chosen
76
8
turkic.world

10Sources