AZ

İranın “Avropa üçlüyü” ilə danışıqları nə vaxt və harada keçiriləcək?

BAKI, 20 iyul. TELEQRAF

İranla “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) arasında növbəti danışıqlar iyulun 27-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bundan əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, İran və “Avropa üçlüyü” arasında danışıqlar iyulun 21-dən 27-dək olan həftədə baş tutacaq. Tərəflər İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, iyunun sonunda İranın IRNA agentliyi İslam Respublikasının “Avropa üçlüyü” ilə danışıqları davam etdirməyi planlaşdırdığını bildirmişdi. Həmin vaxt növbəti raundun dəqiq tarixi açıqlanmamışdı.

Sonuncu görüş iyunun 20-də Cenevrədə keçirilmişdi. Həmin görüşdə “Avropa üçlüyü”nün xarici işlər nazirləri İranın xarici işlər nazirinin müavini Abbas Araqçi ilə müzakirələr aparmışdı.

Seçilən
54
50
teleqraf.com

10Mənbələr