EN

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasındayanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin vəSumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəliyaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermişyanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfərbina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilinyanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizəolunub.

Chosen
383
50
az.trend.az

10Sources