AZ

Yardımlıda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Seçilən
39
22
moderator.az

10Mənbələr