AZ

Karton məmulatları zavodunda YANĞIN OLDU

Ajans.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
36
15
Ajans.az

10Mənbələr