“Napoli”nin yeni yarımmüdafiəçisi Kevin De Bruyne İtaliya klubunun baş məşqçisi Antonio Konte ilə “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiolanı müqayisə edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu bunu söyləyib:
“Xosep Qvardiola ilə Antonio Konte arasında ortaq nəsə varmı? Mən Konteni “Çelsi” və “Tottenhem”də çalışdığı vaxtdan tanıyıram.
O, Qvardioladan fərqli sistemlə işləyir, lakin son 10 ildə İtaliya və Avropanın ən yaxşı məşqçilərindən biri olub.
Bu, belə səviyyəli məşqçi ilə işləmək üçün əla fürsətdir. Mən çox çalışıram və düşünürəm ki, beş-altı həftədən sonra əla formada olacam”.
Belçikalı futbolçu 10 il “Mançester Siti”də çıxış etdikdən sonra azad agent kimi “Napoli”yə keçib.