EN

İran Avropa ilə şərtsiz danışıqlara getməkdə ehtiyatlı olmalıdır – ÖZƏL

İranın Avropanın "üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) ilə şərtsiz danışıqlara getməsi Tehranın mövqeyini zəiflədə bilər. Olaylar.az xəbər verir ki, bu fikir İranın "Farhikhtegan" qəzetində dərc olunmuş məqalədə səsləndirilib.
Qəzetin yazdığına görə, İranın xarici işlər nazirinin müavini Abbas Araqçi Vaşinqtonla danışıqların bərpası üçün əsas şərt kimi ABŞ-nin İrana qarşı aqressiyasının təkrar olunmayacağına dair təminatların verilməsini göstərib. Məqalə müəllifi sual edir: bəs İran bu cür təminatları İsrailin və ABŞ-nin hücumlarını dəstəkləyən, beləliklə, vasitəçi rolunu itib-edən "Avropa üçlüyü"ndən də tələb edirmi?
Məqalədə qeyd olunur ki, Tehran "üçlük"lə mümkün razılaşmanın Vaşinqton tərəfindən rədd olunacağı və ya onun həyata keçirilməsinə maneə yaradılacağı halda nə etməli olduğu ilə bağlı bir plan hazırlamalıdır. "Farhikhtegan" yazır ki, Avropa ölkələrinin razılaşmanı pozması halında da İranın konkret fəaliyyət planı olmalıdır. Əks halda, əvvəlcədən razılaşdırılmış şərtlər olmadan aparılacaq dialoq İslam Respublikasını zəif vəziyyətə sala bilər.
Qəzet onu da vurğulayır ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə proqramı ilə bağlı qərəzli hesabatları bir çox hallarda "Avropa üçlüyü"nün İrana qarşı addımlar atmasına səbəb olub. Hazırda London, Berlin və Paris BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasını nəzərdə tutan "snapback" mexanizmini işə salmaqla Tehrana təzyiq göstərirlər. Avropa bu addımı MAQATE-nin İranla bağlı son hesabatı ilə əsaslandırır. "Farhikhtegan"ın fikrincə, İran bütün öhdəliklərini yerinə yetirsə belə, hesabatın qərəzli xarakterinə görə Avropa bu mexanizmdən istifadə edə bilər.
Nəşr Almaniya kansleri Fridrix Mersin bəyanatını da xatırladır. Siyasətçi bildirib ki, İsrailin İrana hücumları Avropa üçün "çirkli işi" yerinə yetirməkdir. Qəzetin fikrincə, İsrailin İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmaları sabotaj etməsi ehtimalını da nəzərə almaq lazımdır.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai bildirib ki, İran və "Avropa üçlüyü" arasında nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli ilə bağlı növbəti danışıqlar raundu iyulun 25-də İstanbulda, xarici işlər nazir müavinləri səviyyəsində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
34
olaylar.az

10Sources