
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi vurğulayıb ki, Avropa üçlüyü (İngiltərə, Fransa və Almaniya) "Tətik mexanizmini" aktivləşdirmək üçün nə hüquqi, nə də mənəvi hüquqa malikdir.
İngiltərə, Fransa və Almaniya 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin, Birgə Hərtərəfli Fəaliyyət Planının tərəfləridir. Bu sazişə əsasən, İranın nüvə proqramı məhdudlaşdırılır, qarşılığında isə ona qarşı tətbiq olunan sanksiyalar ləğv edilirdi. Lakin ABŞ prezidenti Donald Tramp 2018-ci ildə birtərəfli şəkildə bu sazişdən çıxdı. Bu sazişin bir bəndinə əsasən "Tətik mexanizmi" adı ilə tanınan maddəyə uyğun olaraq, Avropa üçlüyü BMT sanksiyalarını İrana qarşı bərpa etmək imkanına malikdir.