EN

Bu həftə İstanbulda kritik danışıqlar keçiriləcək


İstanbulda bu həftə mühüm beynəlxalq diplomatik danışıqlar keçiriləcək. Türkiyənin diplomatik mənbələrindən verilən məlumata görə, İran ilə İngiltərə, Fransa və Almaniya arasında aparılan nüvə danışıqlarının bu həftə cümə günü İstanbulda baş tutacağı gözlənilir. İran dövlət televiziyasının xəbərinə görə, 2015-ci il nüvə sazişinin avropalı iştirakçılarının (E3 – İngiltərə, Fransa, Almaniya) tələbi ilə İran yeni danışıqlar turunu qəbul edib.
İyulun 25-də İstanbulda xarici işlər üzrə nazir müavinləri səviyyəsində keçiriləcək nüvə danışıqlarında İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edəcəklər.

Həftə ərzində İstanbulda daha bir danışıqlar masasının Rusiya ilə Ukrayna arasında qurulması planlaşdırılır.

Mətləb Salahov

Chosen
34
14
baki-xeber.com

10Sources