EN

"Qarabağ" “Şelburn”a uduzarsa, Avropa Liqasında kimlə oyunayacaq? – PÜŞK ATILIR

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində İrlandiya "Şelburn"una məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan), RFS (Latviya) - "Malmö" (İsveç) və ya "Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) cütlərindən birinin qalibi ilə üz-üzə gələcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 7-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

İdman.biz

Chosen
11
46
idman.biz

10Sources