EN

Səudiyyə Ərəbistanının “yatmış şahzadəsi” vəfat edib

Səudiyyə Ərəbistanının hakim ailəsinin şahzadələrindən biri vəfat edib. Qəzadan sonra o, komaya düşüb və təxminən iki onillik komada qaləb. Mərhum şahzadənin 36 yaşı olub.

News365.az xəbər verir ki, müvafiq məlumatı Kral ailəsi təsdiqləyib. Şahzadə təxminən 20 il komada qalıb.

“Əlahəzrət Şahzadə Əl-Valid bin Xalid bin Talal bin Əbdüləziz Al Səud vəfat edib”- deyə Kral ailəsi bildirib.

Şahzadənin dəfn mərasimi bu gün Ər-Riyadda keçiriləcək.

Xatırladaq ki, 2005-ci ildə Londonda təhsil alarkən şahzadə avtomobil qəzasına düşüb. O, böyük beyin qanaması və daxili qanaxma keçirib. Daha sonra o, Ər-Riyaddakı tibb mərkəzinə aparılıb və orada süni nəfəs aparatına yerləşdirilib.

News365.az

Chosen
20
28
news365.az

10Sources