AZ

“Yatmış şahzadə” vəfat etdi » AzadMedia.az


Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Xalid əl Səud 36 yaşında vəfat edib.

Xarici KİV-lər xəbər verir ki, kral ailəsinin “Yatmış şahzadə” ləqəbli üzvü 20 ildir komada idi.

Onun ölümünü atası şahzadə Xalid bin Talal bin Əbdüləziz təsdiqləyib.

Qeyd edək ki, 2005-ci ildə, 15 yaşında olan Əlvalid Londonda hərbi akademiyada oxuyarkən avtomobil qəzasına düşüb. Qəza onu komaya salan böyük beyin qanamasına səbəb olub.
Seçilən
38
29
azadmedia.az

10Mənbələr