AZ

“Yatmış şahzadə” ayılmad: 20 il sonra ÖLDÜ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şahzadə Əl-Valid bin Xalid Əl Səudun həyatı 2005-ci ildə Londonda baş vermiş dəhşətli avtomobil qəzasından sonra tamamilə dəyişdi.  

O zaman şahzadə cəmi 15 yaşında idi. O, təxminən iyirmi ilini komada, süni nəfəs aparatında keçirdi. Onun atası şahzadə Xalid bin Talal möcüzədən ümidini kəsməkdən imtina edirdi. Lakin iyulun 20-də xəbər yayıldı ki, şahzadə 36 yaşında vəfat edib.

Son ümid

2020-ci ildə “yatmış şahzadə”nin qadının yalvarışlarına cavab olaraq barmaqlarını zəif tərpətdiyi videonu yayıldı. Dünya müzakirəyə başladı. Bu, 2015-ci ildən bəri ilk hərəkət idi. Lakin bu əlamətlərə baxmayaraq, Əl-Validin vəziyyəti kritik olaraq qalırdı.

“Ey rahatlıq tapmış nəfs, razı və qəbul olunmuş halda Rəbbinin hüzuruna qayıdın, qullarıma daxil olun və Cənnətimə daxil olun”,- deyən atası sosial şəbəkədəki paylaşımında oğlu ilə vidalaşara Qurani-Kərim oxuyurdu. 

20 illik mübarizə

Şahzadə Əl-Valid bin Xalid bin Talal kral ailəsinin bir üzvünün böyük oğlu və milyarder şahzadə Əl-Valid bin Talalın qardaşı oğlu idi. O, həm də müasir Səudiyyə dövlətinin qurucusu Kral Əbdüləzizin nəvəsidir. 2005-ci ildə gənc Londondakı hərbi akademiyaya daxil oldu lakin elə oarada ağır qəzaya düşdü. Qəza onun ağır beyin zədələnməsi və daxili qanaxma ilə nəticələndi.

O, bundan sonra Ər-Riyaddakı Kral Əbdüləziz Tibb Mərkəzinə köçürüldü və burada müxtəlif ölkələrdən gələn həkimlər şahzadəyə kömək etməyə çalışdılar. 2015-ci ildə tibb qrupu ailəyə həyat dəstək maşınlarını söndürməyi düşünməyi təklif etsə də, Şahzadə Xalid imtina etdi.

İnam və sevginin simvolu

Son 20 il ərzində çəkilmiş fotolar atanın sonsuz sədaqətini əks etdirir. O, oğlunun əlindən tutaraq, ovucunu sinəsinə sıxaraq, xəstəxana otağında onu qucaqlayırdı. Vəziyyətinə baxmayaraq, Əl-Vəlidə kral paltarı geyinməyə icazə verildi, şahzadə hakim sülalənin bir üzvü idi.

Səudiyyə Ərəbistanında daha sonar mərhuma matəm namazı qılındı. Kişilər və qadınlar bazar günündən çərşənbə axşamına kimi “Əl Fəxriyyə” Sarayında şahzadə ilə vidalaşa biləcəklər.

Xəzər

“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
29
cebheinfo.az

10Mənbələr