EN

Almaniya Ukraynaya əlavə 5 “Patriot” hava hücumundan müdafiə sistemi verəcək – Pistoriyus

Almaniyanın müdafiə naziri Boris Pistoriyus bəyan edib ki, ölkəsi Ukraynaya əlavə hava hücumundan müdafiə (HHM) sistemləri və zəruri sursatlar təqdim edəcək. Bu barədə o, “Ramştayn” formatında keçirilən görüş zamanı məlumat verib. Xəbəri “RBK-Ukrayna” yayıb.

“Almaniya əlavə HHM sistemləri və zəruri sursatlar təqdim edəcək”, – deyə Pistoriyus bildirib.

Nazirin sözlərinə görə, ötən həftə Vaşinqtona səfəri zamanı o, ABŞ müdafiə naziri Pit Hegsetlə görüşüb və Ukraynaya beş “Patriot” sisteminin verilməsində Berlinin iştirakına dair razılıq əldə olunub. Tərəflər bu məqsədə nail olmaq üçün yaxın günlərdə fəaliyyətlərini koordinasiya edəcəklər.

//Samir Qurbanov, Editor.az

Chosen
32
14
editor.az

10Sources