EN

İrandan ABŞ-a cavab: Danışıqlar gündəmdə deyil

ABŞ prezidenti Donald Trampın nüvə danışıqlarının bərpa ediləcəyi ilə bağlı bəyanatlarına baxmayaraq, İranın ABŞ-la danışıqlar aparmaq planı yoxdur.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, Tehranda Xarici İşlər Nazirliyinin binasında təşkil edilən mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib. Bəqayi İran və Avropa arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini xatırladıb. Qeyd edib ki, danışıqlarda sanksiyaların ləğvi və İranın sülhməramlı nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunacaq.

O, Trampın İrana hücumlardan sonra kəsilən nüvə müzakirələrinin yenidən başlayacağı ilə bağlı açıqlamalarına təzad təşkil edən fikirlər səsləndirib: "Avropalılarla danışıqlar elan edilib, lakin ABŞ ilə görüş planımız yoxdur".

Nazir həmçinin İran, Rusiya və Çin arasında nüvə məsələsi ilə bağlı danışıqların davam etdiyinə diqqət çəkib:

Chosen
36
50
publika.az

10Sources