Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq etməklə beynəlxalq aləmə nümaiş etdirmək istəyir ki, uranın zənginləşdirilməsini dinc məqsədlər üçün həyata keçirir
İran və İngiltərə, Fransa, Almaniya üçlüyü arasında nüvə proqramı müzakirələri 25 iyulda İstanbulda baş tutacaq.
Bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir.
İranın nüvə proqramı beynəlxalq münasibətlər sistemində gərginlik mənbələrindən birinə çevrilib.
Tehran rəhbərliyi nüvə proqramını enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyini bəyan etsə də, Qərb dövlətləri, xüsusilə ABŞ və İsrail bu fəaliyyətləri hərbi məqsədlərlə əlaqələndirərək ciddi narahatlıqlarını ifadə edirlər.
Mövzu ilə bağlə politoloq Azad Məsiyev Sherg.az-a açıqlama verib:

"İran enerji təhlükəsizliyini təmin etmək üçün nüvə zənginləşdirməsini həyata keçirməkdə idi. Nüvənin zənginləşdirilməsini bəhanə edərək BMT və İsrail İrana hərbi müdaxilə elədi.
ABŞ və İsrailin məqsədi İranda hakimiyyət dəyişikliyi həyata keçirməkdir. Bu baxımdan nüvənin zəngiləşdirilməsi bir bəhanədir. Bu problemi aradan qaldırmaq üçün İran xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. Tehranın məqsədi atom enerjisindən istifadə edərək nüvə silahını əldə etmək deyil.
BMT-nin məqsədi İranda rejimi dəyişib özlərinə münasib hakimiyyət qurmaq idi. Bu baxımdan İran dövlətidə xaricdən özünə müdaxilənin qarşısını almaq üçün Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq etmək, danışıqlar aparmaqla bir daha beynəlxalq aləmə nümaiş etdirmək istəyir ki, uranın zənginləşdirilməsini dinc məqsədlər üçün həyata keçirir.
Danışıqların İstanbulda aparılması təqdirəlayiqdir. Çünki Türkiyə bir çox sahələrdə ev sahibliyi edib. Xüsusəndə Rusiya-Ukrayna münaqişəsinin sülh missiyası üçün ev sahibliyi təşəbbüsünü göstərdi. Bu da uğurla həyata keçirildi. Türkiyədə bir çox sahələrdə sülh naminə danışıqlara ev sahibliyi etmək Ankaranın məqsəd və məramıdır. Bu baxımdan İranda baş verən hadisələr bu və ya digər formada Türkiyəyə də təsir edir".
Ekspert İranda hakimiyyət dəyişikliyinin edilməsinin Türkiyənin maraqlarına uyğun olmadığını deyib:
"Başda ABŞ olmaqla İsrail və Qərb koalisiyası İranda rejim dəyişikliyi etməklə bunu Türkiyə əlehinə də istifadə edə bilər. Türkiyə bu danışıqlara ev sahibliyi etməkdə bir daha xoş niyyətini və sülhün əminamanlığın olmasında marağını nümaiş etdirdi. Bu danışıqların nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.ABŞ-nin və İsrailin İrana müdaxiləsi zamanı İsrailin hava məkanının qorunmasında Böyük Britaniyanın və NATO blokunun da fəal iştirakı oldu. İran öz niyyətini Qərbə nümaiş etdirmək istəyir, uranın zənginləşdirilməsi barədə aparılan danışıqlar da buna nümunədir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.