AZ

İrana qarşı yeni hücumlar ola bilər?

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qərb mətbuatı yenidən İrana məxsus nüvə obyektlərinin görüntülərini yayımlayıb. Bu dəfə Tehranın gizli saxladığı Semnandakı nüvə obyektlərinin aydın peyk şəkilləri paylaşılıb. Qeyd edilib ki, İranın hələ bəyan etmədiyi Semnan nüvə obyekti Fordo və Natanz obyektlərindən daha böyükdür. "Rəngin kaman" (Göy qurşağı) kod adlı və 2500 hektar ərazini əhatə edən bu nüvə obyektində qeyri-dinc məqsədli nüvə fəaliyyətləri həyata keçirdiyi bildirilir. Burada tritium istehsal edildiyinə görə mərkəzin tamamilə nüvə silahı istehsalı üçün fəaliyyət göstərdiyi məlum olub.

Bəs bu təbliğatın mənası nədir? İrana qarşı yeni hücum üçün zəmin formalaşır, yoxsa artıq buna qərar verilib?

Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Amerika Birləşmiş Ştatlarının daha əvvəllər də əlində nüvə obyektləri ilə bağlı müəyyən materiallar var idi və onları da zamanı gəlincə paylaşıb:

"Bu paylaşımların əsas səbəbi İrana müəyyən dərəcədə xəbərdarlıq siqnalıdır ki, yeni hücumlar ola bilər. Çünki bundan əvvəlki hücumlarda da nüvə obyektləri əsas bəhanə olaraq göstərilmiş və hücum həyata keçirilmişdi. Burada İrandan əsas tələb edilən ABŞ-nin istədiyi şərtlər əsasında yenidən müzakirə masasına qayıtmaqdır. Biz xatırlayırıq ki, Omanda müəyyən görüşlər həyata keçirilmiş, lakin son toqquşmalar səbəbi ilə nəticəsiz qalmışdı. Bu, prioritet məsələdir".

"Hesab edirəm ki, yaxın perspektivdə olmasa da, uzaq perspektivdə İran nüvə məsələsində razılığa gəlməsə, yeni toqquşma təhlükəsi aktual olaraq qalacaq. Əbəs deyil ki, İran mətbuatı da tez-tez yaxın dövrlərdə ABŞ və İsrailin yeni hücumlarını gözlədiklərini səsləndirir. Əlbəttə ki, İran da buna hazırlaşır, İsrail də", - deyə analitik vurğulayır.

Ekspert əlavə edib ki, hazırda Yaxın Şərq 1967-ci ildəki altıgünlük ərəb-İsrail müharibəsindən sonrakı dövrü xatırladır:

"Yəni toqquşmalar olub, amma nəticəsiz qaldığı üçün hər iki tərəf də, əslində, yeni toqquşmalara hazırlaşıb. Amerika Birləşmiş Ştatları da bu vəziyyəti çox yaxından izləyir. Ona görə də hər zaman bölgədə öz gücünü hiss etdirmək üçün belə materiallar yayımlayır".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
50
oxu.az

10Mənbələr