EN

Bu rayonda stadionu traktorla şumladılar - FOTOLAR

Şəmkir Olimpiya Kompleksinin stadionu yenidən təmirə bağlanıb.

Bu iş yerli futbol ictimaiyyətinin köməkliyi ilə həyata keçirilib.

Artıq meydança sökülüb və qazıntı aparılıb. Traktorun «ixtiyarına verilən» qazon yerlə bir edilib.

Bir müddət sonra burada toxum səpintisi başlayacaq. Meydanın hazır vəziyyətə gətirilməsi isə təqribən 2 ay çəkəcək.

Hətta ola bilsin, proses bir qədər də vaxt alsın. O üzdən «Şəmkir»in yeni mövsümün ilk turlarını başqa yerdə keçirməsi gözlənilir.

II Liqada növbəti sezonun sentyabrın ikinci yarısında start götürməsi planlaşdırılır.

SPORTİNFO.AZ

Chosen
54
50
sportinfo.az

10Sources