EN

"Çelsi" Xavi Simonsu transfer etmək istəyir

"Leyptsiq"in yarımmüdafiəçisi Xavi Simons "Çelsi"yə keçməyə razılaşıb.

Operativ Media xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar arasında danışıqlar iyulun 22-də başlayacaq və London klubu artıq yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd olunur ki, sövdələşmə əsasən “Çelsi”nin hazırkı heyətdən hər hansı birini satıb-satamayacağından asılı olacaq.

2024/25 mövsümündə niderlandlı bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Chosen
2
13
operativmedia.az

10Sources