"Leyptsiq"in yarımmüdafiəçisi Xavi Simons "Çelsi"yə keçməyə razılaşıb.
Operativ Media xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, klublar arasında danışıqlar iyulun 22-də başlayacaq və London klubu artıq yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd olunur ki, sövdələşmə əsasən “Çelsi”nin hazırkı heyətdən hər hansı birini satıb-satamayacağından asılı olacaq.
2024/25 mövsümündə niderlandlı bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.