EN

“Real”ın hücumçusu ilə maraqlanır? -

“Barselona”

“Barselona”nın “Real”ın hücumçusu Rodriqoya maraq göstərdiyi barədə xəbərlər son zamanlar Braziliya mediasında yayılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, şayiələrə baxmayaraq, kataloniyalılar braziliyalı futbolçuya heç bir təklif verməyib və bu transfer sadəcə mümkün deyil.

Rəhbərlik də bunun fərqindədir.

Rodriqoya əsas namizəd kimi “Arsenal” və “Bayern” göstərilir, amma hələlik konkret danışıqlar başlamayıb.

24 yaşlı forvard “Real”dan ayrılmağa da tələsmir, baxmayaraq ki, əsas heyətdə daimi yer almır.

Chosen
17
1
sportinfo.az

10Sources