Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin "Uotford" klubu ilə peşəkar müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hücumçu 2023-cü ildən "Uotford"un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun komandası ilə "1+1" illik sözləşmə bağlayıb.
Kristianın atası Andrey Şevçenko 2004-cü il "Qızıl top" mükafatının sahibi olub. O, "Dinamo" (Kiyev) və "Milan" (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.